İraq hərbi aviasiyası İŞİD terrorçularının mövqelərini bombalayıb
İyun 15, 2015 16:23 Asia/Baku
-
İraq hərbi aviasiyası İŞİD terrorçularının mövqelərini bombalayıb
İraq hərbi aviasiyası İŞİD terrorçularının mövqelərinə zərbələr endirib
Səhər beynəlxalq telekanalının İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, İraq aviasiyası Səlahəddin vilayətində İŞİD terrorçularına məxsus yanacaq daşıyan yük avtomobilini məhv edib. Bundan əlavə, İraq Müdafiə Nazirliyinin məlumatına əsasən, İraq ordusu Ənbar vilayətinin Əl-Karma məntəqəsində 22 İŞİD terrorçusunu məhv edib. Qeyd edək ki, bir il öncə İŞİD terrorçuları Suriyadan İraq ərazisinə soxularaq, Mosulu, daha sonra bir neçə şəhəri işğal ediblər. İraq ordusu və “Həşdi Şabi” döyüşçüləri İraqın müxtəlif ərazilərində İŞİD terrorçularına qarşı antiterror əməliyyatları keçirirlər.