Sionist rejimin işğal olunmuş bölgələrə hücumları davam edir
İyun 17, 2015 08:58 Asia/Baku
-
Sionist rejimin işğal olunmuş bölgələrə hücumları davam edir
Sionist hərbçilər İordan çayının qərb sahilində müxtəlif bölgələrə hücum edərək onlarla fələstinlini həbs ediblər.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, sionist hərbçilər bu gün İordan çayının qərb sahilində əl-Xəlil, Ramullah, Nablos və Ərihanın müxtəlif bölgələrinə hücum və 16 fələstinlini həbs ediblər.Sionist rejim hərbçiləri həmçinin çərşənbə axşamı gecə Qüdsün cənub-şərqində əl-İsəviyyə və əl-Eyzəriyyə məntəqələrinə hücum edərək fələstinli gənclərlə toqquşublar. Atəşin açılmasın nəticəsində ən azı 5 fələstinli gənc yaralanıb.
Bu hücumda bir fələstinli yeniyetmə və bir gənc də həbs olunub və naməlum məkana aparılıb.
Teqlər