Qunəytrə ətrafında 200-dən çox terrorçu ölüb və yaralanıb
İyun 18, 2015 10:00 Asia/Baku
-
Qunəytrə ətrafında 200-dən çox terrorçu ölüb və yaralanıb
Suriyalı mənbələr bu ölkə orudsunun Hələb, İdlib, Qunəytrə və Dəməşq ətrafında terrorçuların mövqeləri və sığınacaqlarına dağıdıcı hücumlarından xəbər veriblər.
Səhər kanalının SANA-ya istinadlı məlumatına görə, ordu qüvvələri hava qüvvələrinin dəstəyi ilə Dəməşq ətrafında Ənnüsrə Cəbhəsi-nin və onun başçılıq etdiyi terrorçu qrupların gizləndikləri məkanlara dağıdıcı zərbələr endiriblər.Həmçinin ordu qüvvələri Dəra ətrafında terror qruplarının gizləndikləri məkanları məhv ediblər, nəticədə Qunəytrə ətrafında 200-dən çox terrorçu ölüb və yaralanıb.
İdlib ətrafında da Suriya ordusunun qırıcıları Cəyşulfəth terrorçularının gizləndikləri məkanları və mövqeləri hədəfə alıblar. Nəticədə onlarla terrorçu ölüb və yaralanıb, pulemyotla təchiz olunmuş avtomobillər də məhv edilibdir.