Sionist rejim hərbçiləri bir fələstinli gənci şəhid ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195080-sionist_rejim_hərbçiləri_bir_fələstinli_gənci_şəhid_ediblər
Qüds şəhərində sionist rejim hərbçilərinə qarşı bir əməliyyat həyata keçirən fələstinli bir gənc sionistlərin açdığı atəş nəticəsində şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2015 06:22 Asia/Baku
  • Sionist rejim hərbçiləri bir fələstinli gənci şəhid ediblər
    Sionist rejim hərbçiləri bir fələstinli gənci şəhid ediblər

Qüds şəhərində sionist rejim hərbçilərinə qarşı bir əməliyyat həyata keçirən fələstinli bir gənc sionistlərin açdığı atəş nəticəsində şəhid olub.

Fələstin İnformasiya Agentliyinin verdiyi məlumata görə, 18 yaşı olan bu fələstinli gənc bazar günü işğal altında olan Qüds şəhərində, Babul-Amud məntəqəsində sionist hərbçilərə hücum edərək, onlardan birini yaralayıb. Özü isə sionist hərbçilərin açdığı atəş nəticəsində şəhid olub. Yaralı sionist hərbçinin vəziyyəti ağır elan olunub. Bəzi mənbələr də bu hadisədə 2 sionist hərbçinin yaralandığını bildirirlər. İşğalçı sionist rejim hərbçiləri bu hadisənin ardınca Babul-Amud məntəqəsini bağlayıblar.
Cümə günü də fələstinli bir gənc Qərb Sahilində, Ramallah şəhərində İsrail rejiminin intensiv şəkildə həyata keçirdiyi cinayətlərə cavab olaraq, bir sionist qəsəbə sakinin qətlə yetirmiş, daha bir nəfəri isə yaralamışdı.