Fələstinlilərin yaşadıqları ərazi sionistlərin kimyəvi tullantılarının ünvanına çevrilib
İyun 22, 2015 10:00 Asia/Baku
-
Fələstinlilərin yaşadıqları ərazi sionistlərin kimyəvi tullantılarının ünvanına çevrilib
Sionist qəsəbə sakinləri Qərb Sahilində fələstinlilərin yaşadığı ərazilərdə torpaq və su qaynaqlarını kimyəvi tullantılar ilə çirkləndirirlər.
MƏA xəbər agentliyi bu gün bildirib: sionist sakinli Ariel qəsəbəsindəki laboratoriyaların kimyəvi və təhlükəli tullantıları Qərb Sahilində yerləşən fələstinlilərin yaşadığı Selfit şəhəri ərazisinə axıdılır. Bu da həmin məntəqədə fələstinlilərə məxsus əkin sahələrinin çirklənməsinə səbəb olur.Həkim İnsan Haqları Müdafiəçiləri Təşkilatı son zamanlar bir bəyanat yayaraq, bildirib: Fələstinlilərin yaşadıqları ərazilərdə ətraf mühit çirklidir. Bu da müxtəlif növ xəstəliklərin yaranmasına və fələstinlilər arasında yayılmasına səbəb olur.
Teqlər