Yaralı terrorçuların İsrail xəstəxanalarına hava yolçuluğu
İyun 25, 2015 16:50 Asia/Baku
-
Yaralı terrorçuların İsrail xəstəxanalarına hava yolçuluğu
İsrail rejimi yaralı terrorçuların Suriyadan öz xəstəxanalarına köçürülməsi metodunu dəyişib.
Suriyanın rəsmi xəbər agentliyi SANA bu gün cümə axşamı Haaretz qəzetinə istinadla bildirib: İsrail ordusu yaralı terrorçuların Suriyadan İsraildəki xəstəxanalara hava yolu ilə köçürülməsinə çalışır.Haaretz qəzeti yazır: İsrail ordusu artıq yaralı terrorçuların Suriyadan İsrail xəstəxanalarına köçürülməsi üçün artıq təcili yardım maşınlarından istifadə etmək istəmir. Belə ki, bundan sonra yaralıları xüsusi helikopterlər vasitəsilə köçürəcək.
Suriyanın işğal edilmiş Colan yüksəklikləri sakinləri bir neçə gün öncə 2 yaralı terrorçunu aparan bir İsrail təcili yardım maşınına keçmək cazəsi verməmişdilər. Belə ki, tərəflər arasında çıxan toqquşa Ənnüsrə Cəbhəsinin üzvü olan bu iki terrorçunun ölümü ilə nəticəlnmişdi.
Bu arada İsrail parlamentinin nümayəndəsi Mişel Ben-Ari (Michael Ben-Ari) Təl-Əvivdə təşkil etdiyi aksiyada İŞİD terror qruplaşmasına açıq-aydın dəstək sərgiləyib. Əlində İŞİD-in bayrağını tutan israilli deputat, terrorçu qruplaşmanın İraq və Suriyada törətdiyi cinayətlərdən şad olduğunu vurğulayıb. O, qeyd edib ki, İŞİD və Suriyada olan digər qruplaşmalar İsrailin regiondakı maraqlarını tam təmin edirlər.