İŞİD 80 yaşlı bir qadını diri-diri yandırdı
İyun 26, 2015 08:29 Asia/Baku
-
İŞİD 80 yaşlı bir qadını diri-diri yandırdı
Təkfirçi-terrorçu İŞİD qruplaşması İraqda daha bir dəhşətli cinayətə imza atıb, 80 yaşlı bir qadını diri-diri yandırıb.
İRİB-nin İraq mənbələrinə istinadla verdiyi məlumata görə, terrorçu İŞİD ünsürləri İraqın şimalında, Neynəva vilayətində ağır cinayət törədərək, Mosulun cənub-şərqində, Kərəmlis qəsəbəsi sakinlərindən olan 80 yaşlı bir qadını İŞİD-in dini təlimatları ilə müxalifət etdiyi üçün, diri-diri yandırıb.İŞİD-in "Şəriət Məhkəməsi"nə çıxarılan bu Assuriyalı qadın, İŞİD-in "şəriət" qaydalarını qəbul etməkdən imtina edib. Buna görə də diri-diri yandırılıb.
İŞİD son zamanlar Mosulda yaşamaq haqqının əldə edilməsini bu terror qruplaşmasının "şəriət" qaydalarının rəsmən tanınması ilə şərtləndirib.
Kərəmlis qəsəbəsi Neynəva vilayətində yerləşən Həmdaniyə şəhərinin tabeliyində olan qəsəbələrdən biridir və əsasən xristian sakinli bir qəsəbədir. Kərəmlis qəsəbəsinin sakinləri əsasən Kəldani xristianlarıdır. Amma, qəsəbədə az miqdarda Assuriya xristianları da var.
Bu arada İraqın şimal bölgəsi üzrə təhlükəsizlik rəsmisi Həsib Səbavi çərşənbə günü bildirib ki, İŞİD terrorçuları son zamanlar 55 nəfəri o cümlədən bir neçə dövlət qulluqçusu və 40 vəkili İŞİD-i himayə etmədikləri üçün edam edib.
Qərb və bəzi region ölkələri tərəfindən himayə olunan İŞİD terror qruplaşması ötən ilin yayından bəri, İraqın şimal və qərb məntəqələrinə nəzarəti ələ keçirərək, indiyə kimi saysız cinayətlər törədib.
Yüzlərlə sivil vətəndaşın diri-diri basdırılması, Spayk hava bazasında olan 1700 tələbənin edam edilməsi, əl-Ənbar vilayətində Bu Nəmr qəbuləsinin 700 üzvünün qətlə yetirilməsi və tarixi binalar və əsərlərin məhv edilməsi İŞİD-in cinayətlərinin sadəcə bir hissəsidir.