Sionist hərbçilər fələstinli etirazçılara hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195218-sionist_hərbçilər_fələstinli_etirazçılara_hücum_ediblər
Sionist hərbçilər İordan çayının qərb sahilində fələstinli aksiyaçılara hücum edərək onlarla fələstinlini yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2015 04:21 Asia/Baku
  • Sionist hərbçilər fələstinli etirazçılara hücum ediblər
    Sionist hərbçilər fələstinli etirazçılara hücum ediblər

Sionist hərbçilər İordan çayının qərb sahilində fələstinli aksiyaçılara hücum edərək onlarla fələstinlini yaralayıblar.

Səhər Beynəlxalq Televiziyasının Fələstin Dövlət İnformasiya Agentliyinə istinadlı məlumatına görə, Fələstin vətəndaşları cümə günü İordan çayının qərb sahilində Nəbi Saleh məntəqəsində sionist rejimin cinayətlərinə qarşı aksiya keçiriblər. Sionist hərbçilər aksiyaçılara hücum edərək, onlarla fələstinli, o cümlədən bir neçə uşaq və yeniyetməni yaralayıblar.
Sionist hərbçilər aksiyanı yatırmaq üçün onları güllə və zəhərli qazlarla hədəfə alıblar. Nəticədə onlarla fələstinli yaralanıb.
Bu arada Fələstin İslami Müqavimət Hərəkatı Həmas bir bəyanat verərək sionist rejim hərbçilərinin fələstinlilərə hücumunu pisləyib.
İordan çayının qərb sahilinin müxtəlif bölgələri sionist rejim həbsxanalarındakı fələstinli əsirlər, o cümlədən aclıq aksiyası keçirən Şeyx Xızır Adnana dəstək istiqamətində aksiyaların şahidi olub.
Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən Şeyx Xızır Adnan müvəqqəti həbsinə etiraz əlaməti olaraq 50 gündən çoxdur ki, məhdudiyyətsiz aclıq aksiyasına başlayıb.