Əl-İbadi və Olland terrorizmə qarşı koalisiyanın təşkil olunmasını vurğulayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195221-Əl_İbadi_və_olland_terrorizmə_qarşı_koalisiyanın_təşkil_olunmasını_vurğulayıblar
İraq baş naziri və Fransa prezidenti terrorizmə qarşı koalisiyanın təşkil olunmasının zəruriliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2015 05:12 Asia/Baku
  • Əl-İbadi və Olland terrorizmə qarşı koalisiyanın təşkil olunmasını vurğulayıblar
    Əl-İbadi və Olland terrorizmə qarşı koalisiyanın təşkil olunmasını vurğulayıblar

İraq baş naziri və Fransa prezidenti terrorizmə qarşı koalisiyanın təşkil olunmasının zəruriliyini vurğulayıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsələ İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İraq baş naziri Heydər əl-İbadi cümə günü Fransa prezidenti Fransua Ollandla ilə telefon söhbətində Fransanın şərqində cümə günü törədilən terror aktını pisləyərək deyib: Terrorizm Fransa, İraq və digər ölkələr üçün təhdiddir.
Heydər əl-İbadi Küveyt və Tunisdəki terror aktlarını da pisləyərək İraqda davamlı terror hadisələrinin törədildiyini bildirib və İŞİD terror qruplaşması ilə mübarizə üçün təhlükəsizlik və informasiya əməkdaşlıqlarının gücləndirilməsinin əhəmiyyətini vuğrulayıb.
İraq baş naziri bildirib ki, iraqlılar İŞİD-lə mübarizədə ciddidirlər və İraq torpağının hər bir qarışını İŞİD-in işğalından azad etməyə çalışırlar.