İyun 27, 2015 16:07 Asia/Baku
  • İraqın müxtəlif bölgələrində terrorçular öldürülüb
    İraqın müxtəlif bölgələrində terrorçular öldürülüb

İraq qüvvələrinin İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarının davamında, bu ölkənin müxtəlif bölgələrində çoxlu sayda terrorçu öldürülüb.

Səhər Beynəlxalq Televiziyasının İraqın informasiya agentliyinə istinadla verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyi şənbə günü bir bəyanat verərək bildirib: Ordu helikopterləri Kərkük vilayətinin tabeliyində olan Tazə şəhərinə hücumu planlaşdıran İŞİD terrorçularının mövqelərini atəşə tutublar və nəticədə 35 terrorçu öldürülüb.
İraq xalq səfərbər qüvvələrindəki məlumatlı rəsmi də bildirib ki, əl-Anbar vilayətinin əl-Bağdadi məntəqəsində yaşayış massivində üzərindəki bombanı partlatmağa cəhd edən 16 terrorçu kamikadze bu yaşayış massivinə çatmadan polis qüvvələri və Bunəmər və Buməhəl köçərilərinin pusqusuna düşüb və hamısı öldürülüb.
Başqa bir məlumata görə, İraqın çevik reaksiya, xalq səfərbər və təhlükəsizlik qüvvələrinin əl-Anbar vilayətinin əl-Kəramə məntəqəsində terrorçulara qarşı keçirdiyi əməliyyatda 48 terrorçu öldürülüb.

Teqlər