İyun 28, 2015 09:38 Asia/Baku
  • Türkiyədə qaçqınların düşərgələrinin vəziyyəti qeyri-münasibdir
    Türkiyədə qaçqınların düşərgələrinin vəziyyəti qeyri-münasibdir

Minlərlə iraqlı iyzədi Avropa ölkələrindən sığınacaq almaq üçün Türkiyədən piyada Bolqarıstana yola düşüb.

Səhər Beynəlxalq Televiziyasının Süməriyyə Nyuza istinadla verdiyi məlumata görə, iraqlı iyzədi fəal Mirza Denay deyib: Təxminən 2-3 min iraqlı iyzədi iki gün öncədən piyada şəkildə Bolqarıstana yola düşüb.
Bu şəxslərin arasında, uşaqlar, qadınar və orta yaşlıların olduğunu bəyan edən Mirza Denay bildirib: İraqın iyzədi vətəndaşları İŞİD terrorçularının irimiqyaslı hücumları ardınca ötən il Türkiyəyə daxil oldu və bu ölkədəki düşərgələrdə yerləşdilər. Lakin hazırda bu düşərgələrdəki ağır vəziyyətə görə bu ölkəni tərk etməyə məcbur olublar.
Bu şəxslərin bu uzun yolda çoxlu çətinliklərinin olduğunu bildirən iyzədi fəal xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin onların sığınacaqlıq tələbi ilə razılaşmadığı halda insan faciəsi baş verə bilər.
Bu məlumata görə, İŞİD terror qruplaşması ötən il avqust ayında əksəriyyət sakinləri iyzədi olan Neynəva vilayətinin Səncar məntəqəsinə hücum və onu işğal edib. Terrorçular bu məntəqədə vəhşiliklər törədiblər. Nəticədə təxminən 400 min iyzədi öz evini tərk etməyə məcbur olub.

Teqlər