Suriya ordusunun terrorçuların mövqelərinə hücumları
İyun 29, 2015 16:13 Asia/Baku
-
Suriya ordusunun terrorçuların mövqelərinə hücumları
Suriya ordusunun bu ölkənin müxtəlif məntəqələrində terrorçu qrupların toplaşdıqları mərkəzlərə qarşı əməliyyatlarında çoxlu sayda terrorçu ölüb və yaralanıb.
Suriya dövlət xəbər agentliyinin məlumatına görə, bu ölkə ordusunun qüvvələri Dəra-nın şimal-şərqində yerləşən "Əlşəyx Husəyn" yüksəkliklərində Əlnusrə və digər terrorçu qrupların mövqelərini hədəfə alıblar; nəticədə onlarla terrorçu ölüb və onların toplaşdıqları mərkəzlər tam surətdə məhv ediblidir.Eyni zamanda Suriya ordusunun bir bölməsi də Dəranın elektrik şirkəti ətrafında daha 30 terrorçunu öldürüb. Belə bir halda Əlsuvəyda vilayətindəki bir hərbi mənbə bildirib ki, Suriya ordusunun bölmələri Əlsuvəydanın şimal-şərqində İŞİD-in hücumunu dəf ediblər. O, deyib ki, bu döyüşdə çoxlu sayda İŞİD-çi öldürülüb və onların silah və sursatları məhv edilibdir.
Suriya ordusunun qüvvələri həmçinin Qunəytrə ətrafında Əlnusrə cəbhəsinin onlarla ünsürünü məhv ediblər.
Suriya ordusunun bölmələri terrorçuların mövqelərinə qarşı hücumlarının davamında terrorçu-təkfirçi qrupların İdlib və Hələb vilayətlərindəki avtomobilləri və gizləndikləri məkanları məhv edə biliblər.