İyun 30, 2015 08:20 Asia/Baku
  • Əl-Anbar vilayətində daha bir kütləvi məzar aşkarlanıb
    Əl-Anbar vilayətində daha bir kütləvi məzar aşkarlanıb

İraqın əl-Anbar vilayətində daha bir kütləvi qəbirdə 40 iraqlının cəsədi aşkarlanıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, İraq ordusu hərbçiləri əl-Anbar vilayətinin şərqində yerləşən Fəllucə şəhərində 40 hərbçi və sivilin cəsədinin olduğu bir kütləvi qəbiri aşkarlayıblar.
Bu məlumata görə, cəsədlər bir müddət öncə İŞİD terror qruplaşmasının ünsürləri tərəfindən qətlə yetirilən şəxslərə aiddir.
İŞİD-in 2014-cü ilin iyun ayında İraqa hücumundan bəri, Neynəva, əl-Anbar, Diyalə və Səlahəddin vilayətlərində onlarla kütləvi məzar aşkarlanmışdır.
Bu qəbirlərdə aşkarlanan cəsədlərin əksəriyyəti İraqın Spayker hərbi bazasında qətlə yetirilən tələbələrə aiddir.
2014-cü ilin iyun ayında İŞİD terrorçuları əksəriyyəti şiə olan yüzlərlə gənci Səlahəddin vilayətinin mərkəzində yerləşən Tikrit şəhəri yaxınlığındakı Spaykeri hərbi bazasından oğurlamışdılar. Terrorçular tələbələri bir neçə məntəqədə edam etmiş və cinayətlərinin kadrlarını ictimai şəbəkələrdə yayımlamışlar.
Bu qətliam üçün qeyd olunan ən yuxarı rəqəm 1700 nəfərdir.

Teqlər