Sionist hərbçilər İordan çayının qərb sahilinə hücum ediblər
İyul 02, 2015 06:31 Asia/Baku
-
Sionist hərbçilər İordan çayının qərb sahilinə hücum ediblər
Sionist rejimin işğalçı qüvvələri İordan çayının qərb sahilində Beyt-Ləhmdə yerləşən əl-Dəhişə düşərgəsinə basqın ediblər.
Səhər Beynəlxalq Televiziyasının Fələstinin MƏA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, sionist işğalçılar cümə axşamı günü İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərinin əl-Dəhişə düşərgəsinə hücum edərək fələstinli gənclərlə toqquşublar. Bu toqquşmada 3 nəfər yaralanıb, 2 nəfər də həbs olunub.Bu məlumata görə, çoxlu sayda sionist hərbçi əl-dəhişə düşərgəsinin küçələrində yerləşdirilib və fələstinli gəncələrə doğru məqsədsiz atəşkələr açılıb.
Sionist hərbçilər həmişə əsassız bəhanələrlə Fələstinin bölgələrinə hücum və fələstinliləri həbs edirlər.
Teqlər