İyul 03, 2015 10:10 Asia/Baku
  • İraq ordusunun Bicidə İŞİD ilə ağır döyüşü
    İraq ordusunun Bicidə İŞİD ilə ağır döyüşü

İraqın ordusu və xalq qüvvələri Səlahəddin vilayətinin Bici şəhərində İŞİD terrorçuları ilə ağır döyüş aparmaqdadırlar.

Livanın Əlməyadin telekanalının məlumatına görə, dünən əsasən Əlcəvari, Sətəyn, Əlbuhavi, Əlməzrəə və Qədim Bici məntəqələrində İraqın ordusu və xalq qüvvələri ilə İŞİD terrorçuları arasında şiddətli döyüşlər baş verib və iraqlı qüvvələr Bici şəhərinin böyük bir hissəsini İŞİD-in işğalından çıxarmağa müvəffəq olublar.
Belə bir halda, Səlahəddin vilayətindəki bir iraqlı təhlükəsizlik mənbəyi bildirib ki, İraqın federal polis və xalq könüllü qüvvələrindən bir qrupu Bicinin qərbində onların toplaşdıqları məkana qarşı intihar hücumunda həlak olub və yaralanıbdır.
Digər tərəfdən, Niynəva valisinin müavini Həsən Ələlaf deyib ki, İŞİD ünsürləri Mosulun tanınmış ruhanilərindən olan Şeyx Yasir Yunisin həbsindən iki gün sonra onu baş nahiyəsindən güllələyərək, qətlə yetirib və cəsədini şəhərin tibbi ekspertiza mərkəzinə təhvil veriblər.
Eyni zamanda, İraqın Müdafiə Nazirliyi bildirib ki, İŞİD üzvlərindən azı 21 nəfər, o sıradan bu qrupun səudiyyəli bir başçısı Ələnbar vilayətində İraq ordusunun hücumlarında ölüb.
İraqın Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, bu ölkənin təhlükəsizlik qüvvələri İŞİD-in Ələnbarın qərbində yerləşən Fəllucə məntəqəsindəki bazaları və mövqelərini mərmi hücumlarına məruz qoyublar.

Teqlər