Türkiyədə İŞİD amilləri üçün zindan hökmləri verilib
İyul 05, 2015 13:39 Asia/Baku
-
Türkiyədə İŞİD amilləri üçün zindan hökmləri verilib
Türkiyə məhkəməsi terrorçu İŞİD qrupunun yeddi amilinin zindan hökmünü verib.
Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyənin İzmir vilayətinin anti-terrorizm işləri məhkəməsi bildirib ki, ötən çərşənbə günü polis məmurları tərəfindən həbs olunmuş yeddi İŞİD amili üçün həbs hökmü çıxarıb.Bu məlumata görə, məhkumlar terror qruplarının üzvlərindəndirlər. Onlar Suriyaya səfərdən və terror qruplarının kənarında döyüşdükdən sonra qüvvə cəzb etmək üçün həmin ölkəyə geri dönmüşdülər.
Ötən çərşənbə günü Türkiyənin İzmir vilayətinin polisi İŞİD ilə həmkarlıqda şübhəli binilən yeddi nəfərin həbsindən xəbər verərək, bildirmişdi ki, təhlükəsizlik qüvvələri bu şəxslərə aid olan terrorçu İŞİD qrupu ilə bağlı müəyyən miqdarda sənəd, həmçinin beş ədəd ov tüfəngi və iki ədəd tapança aşkarlayaraq, müsadirə ediblər. Belə bir halda, Türkiyə bəzi ərəb və Qərb ölkələrinin köməyi ilə terrorçu qrupları, xüsusən İŞİD-i maliyyə və silah cəhətdən dəstəkləyərək, regionda gərginliyin artmasına rəvac veribdir.