Ərəbistanın Yəməndəki cinayətlərini araşdıran beynəlxalq komitə təşkil olunub
İyul 06, 2015 13:50 Asia/Baku
İnsan Hüquqları və Azadlıqlarını Müdafiə Beynəlxalq Birliyi Ərəbistanın Yəməndə müharibə cinayətlərini araşdıran komitənin təşkil olunduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin Sədə Press xəbər portalına istinadla verdiyi məlumata görə, İnsan Hüquqları və Azadlıqlarını Müdafiə Beynəlxalq Birliyi Ərəbistanın başçılıq etdiyi koalisiya tərəfindən Yəmənə təcavüzdə insan haqlarının pozulması və müharibə cinayətlərinin araşdırılması üçün araşdırma komitəsinin təşkil olunduğunu bildirərək əlavə edib: Bu komitə cinayətlərin sənədlərini toplamaq və beynəlxalq cinayət qanunları ilə tanış fəallardan təşkil olunan 2 qrupdur.İnsan Hüquqları və Azadlıqlarını Müdafiə Beynəlxalq Birliyi tapşırılan vəzifələr üçün sədr və müavinlərin təyin olunması üçün Ərəbistanın müharibə cinayətlərini araşdırma komitəsinin növbəti iclasına toxunaraq əlavə edib: Yəməndə müharibə cinayətlərinin araşdırılması üçün bir beynəlxalq qurumun ilk addımı bu komitənin təşkilidir.
Qərargahı Fransada yerləşən İnsan Hüquqları və Azadlıqlarını Müdafiə Beynəlxalq Birliyi insan hüquqlarından məhrum vətəndaşların xilası üçün humanitar yardımlar göndərərək BMT-dən Yəməndə dərhal atəşkəsin bərqərar olunması və bu mühasirənin aradan qaldırılması üçün məsələyə müdaxilə etməsini istəyib.
Qeyd edək ki, Yəmən vətəndaşları ötən gün bir daha Ərəbistanın hücumları və BMT və digər beynəlxalq qurumların Yəməndə insan faciələri qarşısında sükut etməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.