İyul 14, 2015 09:20 Asia/Baku
  • İraq ordusu və könüllülər Fəllucə əməliyyatında uğura imza atıblar
    İraq ordusu və könüllülər Fəllucə əməliyyatında uğura imza atıblar

Fəllucənin ətrafında əl-Məamil, əl-Şeyhə məntəqələri və əl-Buərəb körpüsünün azad olunması ilə İraqın terrorizmlə mübarizə qvardiyası əl-Anbarın mərkəzində Rəmadi şəhərinin bəzi hissələrinə qəfildən daxil olub.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, xalq könüllü qüvvələri komandanlığı bir bəyanatda bildirib: Hərbi və könüllü qüvvələr bazar ertəsi günü Fəllucəyə doğru irəliləyişlərində Fəllucənin şimalında əl-Şeyhə məntəqəsi, Fəllucənin şimal-şərqində əl-Məamil məntəqəsi və Fəllucənin qərbində əl-Buərəb körpüsünə nəzarəti ələ keçiriblər. Fəllucədən əldə olunan məlumata görə, İŞİD təkfirçi terror qruplaşmalarının başçıları çaşqın vəziyyətdədirlər. İŞİD-çilər Fəllucə məscidlərinin səsgücləndiriciləri vasitəsi ilə öz qüvvələrini ordu və könüllülərlə döyüşdən qaçacaqları halda edam etməklə hədələyirlər.
Üsamə Nəcifinin başçılıq etdiyi İraq Sünni Qüvvələri Birliyi bir bildirişdə mərkəzi hökuməti hərtərəfli dəstəklədiyini bildirərək Fəllucənin İŞİD-in işğalından azad olunması əməliyyatında Fəllucə qəbilələrindən hökuməti dəstəkləmələrini istəyib.
Bu ilk dəfədir ki, sünni siyasi qrupu birbaşa olaraq əl-Anbar vilayətində İraq hökumətinin hərbi əməliyyatını dəstəkləyir.
İraq baş naziri Heydər əl-İbadinin fərmanı ilə əl-Anbar vilayətinin İŞİD terror qruplaşmasının işğalından azad olunması əməliyyatı ordu və xalq könüllü qüvvələrinin iştirakı ilə başlayıb.
İraq qüvvələri 10 min qüvvənin iştirakı ilə əl-Anbar vilayətinin bəzi bölgələrini İŞİD-in işğalından azad edə biliblər.

Teqlər