İyul 15, 2015 18:51 Asia/Baku
  • İŞİD-in başçılarından biri qadın paltarında saxlanıldı
    İŞİD-in başçılarından biri qadın paltarında saxlanıldı

İŞİD terror qruplaşmasının başçılarından biri, hökumət qoşunlarının kütləvi hücuma başladıqları İraq şəhəri Fəllucədən qadın paltarında çıxmağa çalışarkən saxlanılıb.

Səhər telekanalı TASS-a istinadən xəbər verir ki, bu barədə ümumİraq hərbi informasiya mərkəzindən bildiriblər.

İŞİD başçılarından biri, qondarma polis rəhbərinin müavini Fəllucə şəhərindən qadın paltarında qaçmağa çalışarkən saxlanılıb.

Məlumata görə, liviyalı Əbu Ubeyda Əl-Marui Fəllucənin Əl-Baluvan məntəqəsində saxlanılıb.

Əl-Marui qoşunlarla əhatə olunmuş şəhərdən, yerli sakinlərin qrupuna soxularaq çıxmağa çalışıb. Bu dəfə keçmiş polis rəisinin müavini kəndli qızların geyimində olub.

Teqlər