İyul 16, 2015 08:34 Asia/Baku
  • Xarici müdaxilənin dayanması Yəməndə stabilliyin bərqərar olunmasının yoludur
    Xarici müdaxilənin dayanması Yəməndə stabilliyin bərqərar olunmasının yoludur

Yəmən Ənsarullah Hərəkatının üzvü deyib: Yəməndə sabitliyin bərqərar olunmasının yolu xarici tərəflərin müdaxiləsinin dayandırılmasıdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəmən Ənsarullahı Hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Büxəyti əl-Məyadin telekanalı ilə müsahibədə deyib: Əgər Yəmən yəmənlilərə tapşırılarsa, tezlikilə vəziyyət stabilləşəcək və yəmənli qruplar anlaşma və əməkdaşlıqla hökumət təşkil edəcəklər.
Əl-Büxəyti əlavə edib: Qüvvə tarazlığının Ənsarullah hərəkatının xeyrinə olmasına baxmayaraq, əgər səudiyyəlilərin oyuncağına çevrilən İslah partiyası və sələfi qruplar xalqın qucağına qayıdarlarsa, Ənsarullah bu məsələni müsbət qarşılayır..
Yəmən Ənsarullahı hərəkatının siyasi şurasının üzvü Ərəbistan və Müttəfiqlərinin Ədəni işğal etmək üçün hərbi səylərinə toxunaraq deyib: Onlar bütün imkanlarından istifadə etdilər. Lakin bir iş görə bilmədilər.
Əl-Büxəyti bildirib: Ordu və xalq qüvvələri hazırdırlar və hazırda Ədən aeroportu və onun ətrafında yerləşiblər.
Ənsarullah hərəkatının üzvünun sözlərinə görə, Yəmənin fərari prezidentinin tərəfdarları iddia ediblər ki, üç günə Ədəni ələ keçiriblər və Mənsur Hadi Ədəndə Fitr bayramı namazı qılacaq. Lakin ötən gecə ordu və xalq qüvvələrinin müqaviməti ilə üzləşdilər və heç bir irəliləyiş edə bilmədən ağır itkilər verdilər.

Teqlər