Fələstin Milli Birlik Dövləti sionist qəsəbəsalmanın davam etməsini tənqid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195965-fələstin_milli_birlik_dövləti_sionist_qəsəbəsalmanın_davam_etməsini_tənqid_edib
Fələstin Milli Birlik Dövləti sionist rejimin fələstinli məntəqələrdə sionist sakinli qəsəbə salmanı davam etdirməsini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2015 06:00 Asia/Baku
  • Fələstin Milli Birlik Dövləti sionist qəsəbəsalmanın davam etməsini tənqid edib
    Fələstin Milli Birlik Dövləti sionist qəsəbəsalmanın davam etməsini tənqid edib

Fələstin Milli Birlik Dövləti sionist rejimin fələstinli məntəqələrdə sionist sakinli qəsəbə salmanı davam etdirməsini pisləyib.

Qətərin rəsmi xəbər agentliyinin məlumatına görə, Fələstin Milli Birlik Dövləti dünən axşam bir bəyanatda sionist rejimin İordan çayının qərb sahilində yerləşən Əlxəlil şəhərinin cənubundakı Susya kəndində əlli mənzili dağıdacağı və bu kəndin sakinlərindən 170-dən yuxarı insanı köçürdəcəyinə dair təhdidlərinə reaksiyada bildirib ki, bu, qanunsuz sionist sakinli qəsəbələrin genişləndirilməsi üçün bir müqəddimədir.
Fələstin Milli Birlik Dövləti dünya ictimaiyyətindən istəyibdir ki, beynəlxalq qanunlar əsasında sionist rejimi, mənzilləri dağıtmaq və fələstinliləri köçürtmək daxil olmaqla özünün bütün qanunsuz və insanlığa sığmayan hərəkətlərini dayandırmağa məcbur etsin.
Fələstin Milli Birlik Dövlətinin bəyanatında deyilir ki, İsrail rejimi Fələstin xalqını Betulmuqəddəs paytaxt olmaqla 1967-ci il sərhədlərində müstəqil Fələstin ölkəsinin təşkili və öz taleyini təyinetmə hüququndan məhrum etmək istəyir.