İyul 19, 2015 08:23 Asia/Baku
  • İŞİD Mosulda ağır itkilər verib
    İŞİD Mosulda ağır itkilər verib

İraqın Müdafiə Nazirliyi Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin qərb hissəsinin bombardman edilməsi zamanı onlarla İŞİD terrorçusunun məhv edilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, İraqın Müdafiə Nazirliyi bir bəyanat yayaraq, İraq ordusu Hava Qüvvələrinin Mosulun qərbində İŞİD-ə məxsus bir qərargahı hədəfə aldığını bildirib. Bu məlumata görə, həyata keçirilən əməliyyat zamanı onlarla İŞİD terrorçusu məhv edilib.
İraqın qərbindən, əl-Ənbar vilayətindən daxil olan məlumatlar da İŞİD terrorçularının müxtəlif məntəqələr o cümlədən Rəmadi və Fəllucə şəhərlərində ağır itkilər verməsindən xəbər verir. Ötən sutka ərzində cərəyan edən toqquşmalar zamanı onlarla terrorçu məhv edilib və ya yaralanıb.
Bu arada İŞİD-in nəzarəti altında olan ərazilərin terrorçulardan təmizlənməsi əməliyyatı paytaxt Bağdadın şimalında yerləşən Səlahəddin vilayətində də davam edir. Bir sıra çətinliklərin olmasına o cümlədən silah azlığına baxmayaraq, İraq ordusu könüllü xalq qüvvələrinin dəstəyi ilə bir sıra uğurlar əldə edərək, bəzi şəhərləri terrorçuların işğalından azad etməyi bacarıb.
Qərb dövlətləri və ABŞ-ın müttəfiqləri tərəfindən yaradılan və himayə edilən terrorçu-təkfirçi İŞİD qruplaşması Suriya və İraqda dəhşətli cinayətlər törədib. Bu qruplaşma bəzi məntəqələrə nəzarəti ələ keçirərək, indiyə kimi minlərlə insanı qətlə yetirib, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub.

Teqlər