İyul 19, 2015 09:00 Asia/Baku
  • Suriyada onlarla terrorçu məhv edilib
    Suriyada onlarla terrorçu məhv edilib

Suriya ordusu Hava Qüvvələrinin İŞİD terrorçularına qarşı hücumlarında onlarla terrorçu məhv edilib.

Əl-Aləm kanalının məlumatına görə, Suriya ordusuna məxsus bombardmançı təyyarələrin Ber Əbu Təvalə, Mərhətan, Tədmur və əl-Kədim məntəqələrində İŞİD terrorçularının mövqelərini hədəfə alması nəticəsində onlarla terrorçu ölüb və yaralanıb. Bu məlumata görə, Suriya ordusunun Quru Qoşunları da şənbə günü Hələb vilayətinin cənubunda yerləşən kəndlərdə terrorçuların mövqelərinə hücum edib. Nəticədə terrorçular ağır itkilər veriblər.
Suriya ordusu həmçinin, bir sıra əməliyyatlar həyata keçirərək, Türkiyəyə gedən beynəlxalq şose yolu üzərində yerləşən Həritan və Biyanun məntəqələrində terrorçuların sığınacaqlarını hədəfə alıb. Bu əməliyyat zamanı da bir qrup terrorçu ölüb və yaralanıb.
Digər tərəfdən İŞİD terrorçularının Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətinə qarşı hücum zamanı zəhərli qazlardan istifadə etdikləri bildirilir.
Röyters-in məlumatına görə, Suriyada kürd qüvvələr bir bəyanat yayaraq, bildirib ki, İŞİD terrorçuları iyun ayının 28-i və 29-da Həsəkə vilayətinə qarşı hücumlarda bir növ zəhərli kimyəvi maddədən istifadə ediblər. Bu məlumata görə, son aylar ərzində öldürülən terrorçuların üzərində əleyhqazların aşkar edilməsi, onların Suriya ordusu və kürd qüvvələrə qarşı döyüşlərdə zəhərli kimyəvi maddələrdən istifadə etmələrinə dəlalət edir.
İŞİD terror qruplaşması Suriyada vasitəçi müharibənin başlandığı zamandan dəfələrlə zəhərli qazlardan sivil insanlar və hərbçilərə qarşı istifadə edib.

Teqlər