Suriyada onlarla terrorçu məhv edildi
İyul 20, 2015 08:48 Asia/Baku
-
Suriyada onlarla terrorçu məhv edildi
Suriya ordusunun hərbi bölmələri ölkənin müxtəlif məntəqələrində həyata keçirilən anti-terror əməliyyatının davamında onlarla terrorçunu məhv ediblər.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, bu ölkə ordusu bazar günü bildirib ki, Suriya ordusu Livanın müqavimət qüvvələrinin dəstəyi ilə Dəməşqin ətrafında yerləşən Zəbdani şəhərində 20 terrorçunu məhv edib.Bu məlumatda həmçinin bildirilir ki, Suriya ordusu ölkənin şimalında yerləşən Hələb vilayətində, əl-Xəbiyə məntəqəsində şəhərin qədim hissəsinə nüfuz etməyə çalışan bir qrup terrorçunu zərərsizləşdirib.
Suriyanın cənub-qərbində yerləşən Quneytrə məntəqəsində də ordu qüvvələri çoxlu sayda terrorçunu məhv edib.
Həmçinin, Suriya ordusu və xalq qüvvələri İŞİD və Ənnüsrə Cəbhəsi terror qruplaşmalarına bağlı ünsürləri məhv etdikdən sonra, Latakiya vilayətində 5 kəndə nəzarəti təmin edə bilib.