İyul 21, 2015 10:47 Asia/Baku
  • İraq ordusu terrorçuların mövqelərini hədəfə alıb
    İraq ordusu terrorçuların mövqelərini hədəfə alıb

İraq ordusu və könüllü xalq qüvvələri ölkənin qərbində yerləşən əl-Ənbar vilayətində İŞİD terrorçularına ağır zərbələr endiriblər.

Şərqül-Əvsət xəbər agentliyinin verdiyi məlumata görə, İraqın Müdafiə Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, bu ölkə ordusu könüllü xalq qüvvələrinin dəstəyi ilə Fəllucənin şərqində, Kərmə məntəqəsində İŞİD terrorçuları ilə toqquşmada 21 təkfirçini məhv edib. Bu əməliyyat zamanı terrorçulara məxsus avtomobillər və hərbi təchizatlar da məhv edilib.
İraqın Daxili İşlər Nazirliyi də bir bəyanat yayaraq, təhlükəsizlik qüvvələrinin əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin Buisə və Bufərac məntəqələri istiqamətində irəliləmələrindən xəbər verib. Bu bəyanatda təhlükəsizlik qüvvələrinin terrorçuları geri çəkilməyə məcbur etdikləri də deyilir.
Kərbəlada, Bədr təşkilatının rəhbəri Hamid Sahib əl-Kərbəlayi də Bədr təşkilatına bağlı qüvvələrin İraqın şimalında, Səlahəddin vilayətində İŞİD terrorçularının Fəthə məntəqəsinə qarşı hücumunu zərərsizləşdirməsi habelə, terrorçulara məxsus 5 avtomobili və bir qrup terrorçunu məhv etməsindən xəbər verib.
İraqda könüllü xalq qüvvələrinin komandanlarından olan Qasım Müslih də deyib: könüllü xalq qüvvələri Səlahəddin vilayətinin şimalında İŞİD terrorçularına məxsus bir silah və hərbi sursat anbarı aşkar ediblər. Anbarda olan silahlar o cümlədən ABŞ istehsalı olan raketlər könüllü qüvvələr tərəfindən ələ keçirilib.

Teqlər