İyul 22, 2015 17:41 Asia/Baku
  • İbrahim Kalın ç
    İbrahim Kalın ç

Türkiyə prezidentinin sözçüsü bu ölkənin İŞİD-ə qarşı mübarizədə səhlənkarlığa yol verməsi ilə bağlı ittihamları rədd edib.

İbrahim Kalın çərşənbə axşamı Anadolu xəbər agentliyinə deyib: Türkiyənin İŞİD-in hərəkətlərini pisləməməsi və ya bu qruplaşma üzvlərinə qarşı tədbirlər görməməsi barədə deyilənlər kökdən yanlışdır. Türkiyə 2013-cü ilin oktyabrında İŞİD-in adını terror təşkilatları siyahısına daxil edib və 1600 xarici vətəndaşı bu qruplaşma ilə əməkdaşlıq etmək ittihamı ilə ölkədən deportasiya edib.
İbrahim Kalın həmçinin, bəzi Türkiyə siyasətçilərinin ölkənin cənub-şərqində baş vermiş son terror aktından sui-istifadə etmək istəmələrini tənqid edib.
Bazar ertəsi günü Türkiyənin Suruç şəhərində baş verən terror aktında 32 nəfər ölüb, yüzdən çox adam da yaralanıb.

Teqlər