"İsrail"in etnik təmizləmə siyasəti tənqid olunub
İyul 23, 2015 09:29 Asia/Baku
-
"İsrail"in etnik təmizləmə siyasəti tənqid olunub
Fələstinin Azadlığı Uğrunda Təşkilatın üzvü İsrail rejiminin etnik təmizləmə siyasətini tənqid atəşinə tutub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Fələstinin Azadlığı Uğrunda Təşkilatın üzvü Hənnan Əşravi cümə axşamı günü Fələstin Əlan xəbər portalı ilə müsahibədə deyib: İsrail yüzlərlə fələstinli ailəni didərgin salmaq və onların ərazilərini oğurlamaq siyasətini davam etdirir və beynəlxalq hüquq normalarına zidd olaraq etnik təmizləmə siyasətini yürüdür.Hənnan Əşravi əlavə edib: Beynəlxalq ictimaiyyət fələstinlilərin hüquqlarının sistematik şəkildə pozulması, qəsəbələrin salınması və gündəlik repressiya və həbslər qarşısında cavabdeh olmalıdır ki, sionistlərin zülmünə son qoyulsun.
Əşravinin sözlərinə görə, İsrail rejimi etnik təmizləmə, işğalçılıq, müharibə cinayətləri və Fələstin vətəndaşlarının hüququnu pozmaq əsasında qurulub və bu rejim başçılarının axtarışa verilərək cəzalandırılması üçün Beynəlxalq Cəza Məhkəməsinə müraciət zəruridir.
Teqlər