İraq kürdləri Türkiyənin hərəkətliliyinə etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196297-İraq_kürdləri_türkiyənin_hərəkətliliyinə_etiraz_ediblər
İraqın şimalında Səlahəddin vilayətinin kürdləri Türkiyənin Kürd Fəhlə Partiyası PKK-nın mövqelərinə hücum etməsinə etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2015 10:00 Asia/Baku
  • İraq kürdləri Türkiyənin hərəkətliliyinə etiraz ediblər
    İraq kürdləri Türkiyənin hərəkətliliyinə etiraz ediblər

İraqın şimalında Səlahəddin vilayətinin kürdləri Türkiyənin Kürd Fəhlə Partiyası PKK-nın mövqelərinə hücum etməsinə etiraz olaraq aksiya keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının İraqın Şəfəq Nyuz xəbər portalına istinadla verdiyi məlumata görə, Türkiyəyə qarşı kürdlərin aksiyasının təşkilatçılarından Karvan Xəlil deyib: Kürd etirazçılar çərşənbə axşamı günü Tuzxurmatu şəhərində aksiya keçirərək İraqın şimalında PKK-nın mövqelərinin bombardman edilməsinə qarşı çıxıblar.
Türkiyə ordusu PKK ilə 2 il atəşkəsdən sonra, cümə gecə 24 iyulda İraqın şimalında Kandil dağlarında PKK qrupunun mövqelərini bombardman edib və bu hücumlar davam edir.