BMT Yəmən vətəndaşlarına humanitar yardımların göndərilməsində sadələşdirməni istədi
İyul 30, 2015 09:00 Asia/Baku
BMT-nin humanitar yadımlar üzrə koordinatoru Yəmənin zərərçəkən vətəndaşlarına humanitar yardımların göndərilməsinin sadələşdirilməsi istiqamətində addımların atılmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin Rəsmi İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Stiven Obrayn BMT Təhlükəsizlik Şurasının iclasında Yəməndə toqquşan tərəflərdən zərərçəkənlərə humanitar yardımın çatdırılması üçün şəraiti asanlaşdırmalarını istəyib.Obrayn əlavə edib: Rəsmi statistikalara əsasən ötən 4 ay ərzində Yəməndə 4 mindən çox insan həlak olub, 19 min 800 nəfər də yaralanıb.
Ərəbistanın Yəmənin günahsız vətəndaşlarına hücumlarına toxunan Obrayn Yəmən böhranında münaqişə tərəfləri arasında danışıqların yenidən başlanmasını istəyib.
Ərəbistan bəzi ərəb ölkələri ilə koalisiya quraraq ABŞ-ın dəstəyi ilə 26 martdan Yəmənə qarşı irimiqyaslı hücumlara başlayıb. Belə ki, Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarsın.
Bu hücumlar nəticəsində Yəmənin infrastruktur obyektləri, xəstəxanalar, məktəblər və vətəndaşların mənzilləri dağıdılıb və minlərlə yəmənli, o cümlədən yüzlərlə uşaq və qadın həlak olub və yaralanıb.