Almaniya Ərəbistanın Yəməndə müharibə cinayətləri barədə araşdırmanın aparılmasını istəyib
İyul 30, 2015 09:14 Asia/Baku
Ərəbistanın Yəmənin əl-Məxa limanına qırıcı hücumları etməsi və bu hücumlar nəticəsində 65 sivilin həlak olması ardınca, Almaniya hökuməti Ərəbistanın Yəməndə ehtimal olunan müharibə cinayətləri barədə araşdırmanın aparılmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Susan Şəbla İnsan Haqları Gözətçisi Təşkilatı tərəfindən Ər-Riyada qarşı müharibə cinayətləri ittihamı barədə jurnalistlərə deyib: Ərəbistanın yəmənli sivillərə qarşı dəhşətli hücumu əslində ciddi bir məsələdir və Almaniya bu məsələ barədə araşdırmanın aparılmasını istəyir.İnsan Haqları Gözətçisi Təşkilatı çərşənbə günü Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndə dəhşətli hücumlar barədə araşdırma aparmaqdan çəkinməsini sərt şəkildə tənqid edərək bildirib ki, bu məsələ BMT İnsan Haqları Şurasının Ərəbistan tərəfindən müharibə qanunlarının pozulması halları barədə araşdırma üçün komissiya təşkil etməsini tələb edir.