Sionistlər bir fələstinlini şəhid ediblər
Avq 01, 2015 04:13 Asia/Baku
-
Sionistlər bir fələstinlini şəhid ediblər
Fələstin vətəndaşı Məhəmməd əl-Misri Qəzzədə sionistlərin atəş açması nəticəsində şəhid olub.
Səhər Beynəlxalq Televiziyasının əl-Qüds telekanalına istinadla verdiyi məlumata görə, Məhəmməd əl-Misri adlı Fələstin vətəndaşı sionist hərbçilərin Qəzzə zolağının Beyt Lahya şəhərciyinin şimalında sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub.Məlumata görə, İordan çayının qərb sahilində əl-Xəlil şəhərinin şimalında yerləşən Beyt Əmr kəndində sionistlərin döyüş və rezin güllələrdən istifadə etməsi ilə onlarla fələstinli də yaralanıb.
Fələstin Milli və İslami qrupları da Cenində sionist qəsəbə sakinləri tərəfindən diri-diri yandırılan fələstinli körpə ilə həmrəylik elan edib və etiraz aksiyası keçirərək sionistlərin bu vəhşiliyinə qarşı müvafiq tədbirlərin görülməsini istəyiblər.
Teqlər