Avq 01, 2015 13:34 Asia/Baku
  • İraq Kürdüstanı Türkiyənin hava hücumlarının dayandırılmasını istəyib
    İraq Kürdüstanı Türkiyənin hava hücumlarının dayandırılmasını istəyib

İraqın Kürdüstan məntəqəsi Türkiyənin Kürd Fəhlə Partiyası PKK-nın mövqelərinə hava hücumlarını dayandırmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının Rusiya əl-Youm xəbər telekanalına istinadlı məlumatına görə, İraq Kürdüstanının xarici əlaqələr üzrə məsul şəxsi Fəllah Mustafa cümə günü Türkiyə hökuməti ilə PKK arasında ixtilafların dinc yolla həll edilməsini vurğulayıb.
İraq Kürdüstanının xarici əlaqələr üzrə məsul şəxsi deyib: PKK-nın mövqelərinin bombardman edilməsi münaqişənin bu yolla həll olunması üçün münasib həll yoluna kömək etmir.
Mustafa əlavə edib: Türkiyə ordusunun hava hücumlarının gərginliyi artırmaqdan başqa nəticəsi olmaycaqdır. Buna görə, İraq Kürdüstanı iki tərəfi atəşkəsi yenidən elan etməyə çağırır.

Teqlər