Mosulun süqutu üzrə təhqiqat komitəsinə təzyiq göstərilir
Avq 05, 2015 14:52 Asia/Baku
-
Mosulun süqutu üzrə təhqiqat komitəsinə təzyiq göstərilir
İraqın Mosul şəhərinin süqutu üzrə təhqiqat komitəsi qeyri-düzgün hesabat hazırlamaq üçün təzyiq altındadır.
IRNA İraqın Mosul şəhərinin süqutu üzrə təhqiqat komitəsinin sədri Hakim Əlzamiliyə istinadla bildirib: İraqın bəzi siyasi şəxsiyyətləri qeyri-düzgün hesabat hazırlamaq üçün bu komitəni təzyiq altında qoyublar.Parlamentin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri də olan Əlzamili deyib: Komitə öz vəzifəsindən yayınmaq və həqiqətləri tərsinə göstərmək üzrə təzyiqlərə boyun əyməyəcək.
O, əlavə edib: Komitə qarşıdakı günlərdə öz yekun hesabatını nümayəndələr məclisinə təqdim edəcək və bu hesabat reallıqlara və müttəhimlərin adlarına malikdir.
Mosul şəhərinin süqutu üzrə təhqiqat komitəsinin sədri söyləyib: Korrupsiya və canilərin zindandan qaçmaları İŞİD-in Mosula və Səlahəddin, Diyalə və Ələnbar vilayətlərinin digər böyük şəhərlərinə yiyələnməsinin əsas amilləridirlər.
Terrorçu və təkfirçi İŞİD qrupu 2014-cü ilin iyununda Niynəva vilayətinin mərkəzi olan Mosul şəhərini ələ keçiribdir.