İsrail rejimi uşaq yandırma cinayətini ört-basdır etmək istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196516-İsrail_rejimi_uşaq_yandırma_cinayətini_ört_basdır_etmək_istəyir
Fələsinin Əsir Klubunun rəisi sionist qəsəbə sakinlərinin müvəqqəti olaraq həbs edilməsini, İsrail rejiminin uşaq yandırma cinayətini ört-basdır etməyə çalışması olaraq dəyərləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2015 06:19 Asia/Baku
  • İsrail rejimi uşaq yandırma cinayətini ört-basdır etmək istəyir
    İsrail rejimi uşaq yandırma cinayətini ört-basdır etmək istəyir

Fələsinin Əsir Klubunun rəisi sionist qəsəbə sakinlərinin müvəqqəti olaraq həbs edilməsini, İsrail rejiminin uşaq yandırma cinayətini ört-basdır etməyə çalışması olaraq dəyərləndirib.

Fələstin İnformasiya Agentliyinin verdiyi məlumata görə, Qəddurə Faris deyib: İsrail rejimi bir qrup sionist qəsəbə sakinin müvəqqəti olaraq həbs etməklə, onların Nablosda körpə bir uşağı yandırmaları cinayətini ört-basdır etməyə çalışır. Həmçinin, bu yolla öz məqsədlərinə nail olmaqla yanaşı, fələstinlilərin həbs edilməsi məsələsinə də haqq qazandırmaq istəyir.
Fələstinin Əsir Klubunun rəisi vurğulayıb: İsrail rejimi ilk öncə bu uşaq yandırma cinayəti ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olan yəhudi din rəsmilərini həbs etməlidir. Çünki, onlar dəfələrlə müxtəlif fitvalar verərək, fələstinli uşaqların öldürülməsini əsaslandırmağa çalışıblar.
Bir qrup sionist qəsəbə sakini ötən cümə günü Duma qəsəbəsinə hücum edərək, bir fələstinli ailənin mənzilini yandırıblar. Bu hadisədə Əli Səəd Dəvabişə adlı 18 aylıq bir uşaq və bir südəmər körpə, diri-diri yanaraq, həyatını itirib.