İŞİD terror aktlarında istifadə etmək üçün uşaqlara təlim keçir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196525-İŞİd_terror_aktlarında_istifadə_etmək_üçün_uşaqlara_təlim_keçir
İraqın İnsan Haqları Komissarlığı terrorçu-təkfirçi İŞİD qruplaşmasının, terror aktlarının törədilməsində istifadə etmək üçün, İraqın şimalında uşaqlara xüsusi təlimlər keçdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2015 10:09 Asia/Baku
  • İŞİD terror aktlarında istifadə etmək üçün uşaqlara təlim keçir
    İŞİD terror aktlarında istifadə etmək üçün uşaqlara təlim keçir

İraqın İnsan Haqları Komissarlığı terrorçu-təkfirçi İŞİD qruplaşmasının, terror aktlarının törədilməsində istifadə etmək üçün, İraqın şimalında uşaqlara xüsusi təlimlər keçdiyini bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın İnsan Haqları Komissarlığı İŞİD-in terrorçu-kamikadze yetişdirmək üçün İraqın şimalında 4 təlim düşərgəsinə malik olduğunu bildirib. Bu təlim düşərgələrində İŞİD tərəfindən oğurlanmış uşaqlara xüsusi təlimlər keçilir.
İraqın İnsan Haqları Komissarlığı bildirib ki, İŞİD indiyə kimi Mosulda 4 mindən çox uşağa təlim keçərək, onlardan terrorçu-kamikadze kimi istifadə edir.