Suriya ordusu qərb və cənub istiqamətlərində irəliləməyə başlayıb
Avq 07, 2015 09:29 Asia/Baku
-
Suriya ordusu qərb və cənub istiqamətlərində irəliləməyə başlayıb
Suriya ordusu ölkənin cənub və qərbində bir neçə istiqamətdən terrorçuların mövqelərinə doğru irəliləməyə başlayıb, terrorçulara ağır zərbələr endirib.
Suriyanın əl-Əxbariyə telekanalının verdiyi məlumata görə, Suriya ordusu cümə axşamı ölkənin cənubunda, Dəra şəhəri və qərbdə yerləşən Latakiya şəhərinin şimal hissəsində terrorçuların mövqelərinə hücum edərək, onlarla terrorçunu məhv edib, onların hərbi təchizatlarına ağır zərbələr endirib.Suriya ordusu həmçinin, sərhəd məntəqələrini atəşə tutaraq, Ənnüsrə Cəbhəsi adlı terror qruplaşmasının tədarükat yolunu kəsib.
Suriya ordusu Abbasiyə və Münşiyə məhəllələrində terrorçulara aid hərbi təchizatları da hədəfə alaraq, bir neçə hərbi maşını məhv edib.
Bu arada paytaxt Dəməşqdə yüzlərlə nəfər aksiya keçirərək, ordu və xalq qüvvələrinin terrorçular qarşısındakı müqavimətini himayə və müqavimət sıralarına qoşulmağa öz hazırlıqlarını elan edib.
Belə bir şəraitdə Suriyanın xarici işlər naziri Vəlid Müəllim region ölkələrinə səfərinin davamında Maskatda Omanın xarici işlər naziri ilə görüşüb, danışıqlar aparıb. Vəlid Müəllim bu görüşdə Suriya ordusu və xalqının terrorçulara qarşı mübarizəni davam etdirəcəyini vurğulayaraq, deyib: Terrorçulara xarici ölkələrdən edilən dəstəyin durdurulacağı təqdirdə, Suriya dövləti ən qısa zamanda terrorçuları məğlub edərək, ölkədə sülh və sabitliyi bərqərar edəcək.