İsrail qırıcıları Qəzzənin mərkəzinə raket zərbələri endiriblər
Avq 08, 2015 04:11 Asia/Baku
-
İsrail qırıcıları Qəzzənin mərkəzinə raket zərbələri endiriblər
Sionist rejim ordusunun Qəzzənin mərkəzində yerləşən Bric düşərgəsinə qarşı hava hücumlarında 4 fələstinli yaralanıb.
Misirin Şərqül-Əvsət informasiya agentliyinin verdiyi məlumata görə, Fələstin müqavimət qüvvələrinə aid bir təlim düşərgəsi bu gecə sionist rejimin hava hücumlarına məruz qalıb.Şahidlərin dediklərinə görə, bu hücum nəticəsində ən azı 4 nəfər yaralanıb və əl-Əqsa Şəhidləri xəstəxanasına köçürülüb.
Sionist rejim ordusunun sözçüsü isə iddia edib ki, Həmasın təlim düşərgələrindən birinə edilən hava hücumu, Qəzzədən atılan raketə cavab olub və Həmas Qəzzə zolağından İsrailə tərəf atılan istənilən raketə görə məsuliyyət daşımalıdır.
İsrail mediaları bundan öncə Bric düşərgəsindən İsrailə doğru 3 ədəd raketin atıldığını amma, bu raketlərin tələfata yol açmadığını iddia etmişdilər.
Teqlər