İraq dünya ictimaiyyətinin İŞİD-in cinayətləri qarşısında sükutunu qınadı
Avq 09, 2015 09:26 Asia/Baku
-
İraq dünya ictimaiyyətinin İŞİD-in cinayətləri qarşısında sükutunu qınadı
İraqın Neynəva Vilayət Şurası bu vilayət sakinlərindən olan 2 mindən artıq insanın İŞİD tərəfindən edam edilməsini araşdırmaq məqsədilə bir iclas təşkil edib, dünya ictimaiyyətinin bu terror qruplaşması qarşısındakı sükutunu qınayıb.
İRNA-nın məlumatına görə, şənbə günü keçirilən bu iclasda Neynəva Vilayət Şurası son zamanlar Mosul sakinlərindən olan 2070 nəfərin o cümlədən 53 həkimin İŞİD tərəfindən edam edilməsini pisləyib və İraq rəsmilərindən istəyib ki, Neynəva vilayəti və onun mərkəzi olan Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsi presesini sürətləndirsin.Neynəva Vilayət Şurası həmçinin İŞİD-in vəhşiliklərinin qəbul ediləsi olmadığını xatırladaraq, beynəlxalq təşkilatlardan istəyib ki, bu cinayətlər qarşısında sükut etməsinlər.
Bir çox İraq rəsmiləri o cümlədən Parlament sədri və müdafiə naziri də şənbə günü 2000-dən çox İraq vətəndaşının İŞİD tərəfindən Neynəva vilayətində edam edilməsini soyqırımı adlandırıblar.
Yerli mənbələrin bildirdiyinə görə, İŞİD terror qruplaşması ötən günlər ərzində 2070 İraq vətəndaşını o cümlədən 53 həkimi İŞİD yaralılarını müalicə etməkdən imtina etdikləri üçün edam edib.
İŞİD terror qruplaşması ötən ilin bahar fəslinin sonlarından şübhəli bir plan əsasında İraqın Neynəva vilayəti və onun mərkəzi olan Mosul şəhərini habelə, İraqın 5 vilayətinin ərazilərini işğal etdi. Bu müddət ərzində İŞİD bir çox dəhşətli cinayətlərə yol verib. Hərbçilər və sivil vətəndaşların başlarını kəsmək, kütləvi edamlar, qadınlara təcavüz etmək, tarixi və dini məkanları dağıtmaq bu qruplaşmanın törətdiyi cinayətlərin yalnız bir hissəsidir. Buna baxmayaraq, İŞİD-in bu cinayətləri heç bir beynəlxalq təşkilat tərəfindən ciddi formada tənqid edilmir. Bu beynəlxalq təşkilatlar İraq və Suriya xalqlarının İŞİD terror qruplaşmasının müharibə cinayətkarı elan və barəsində beynəlxalq cinayət məhkəməsinin təşkil edilməsi üzrə istəklərinə də əhəmiyyət vermirlər.