Fələstin dövləti İsrailin cinayətlərini araşdırır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196599-fələstin_dövləti_İsrailin_cinayətlərini_araşdırır
Fələstin dövlətinin sözçüsü bildirib ki, cinayətkar sionistlərin mühakimə edilməsi və cəzalandırılması üzrə dövlət səviyyəsində diplomatik qaydalar və beynəlxalq hüquq normaları əsasında lazımi işlər görülməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2015 05:30 Asia/Baku
  • Fələstin dövləti İsrailin cinayətlərini araşdırır
    Fələstin dövləti İsrailin cinayətlərini araşdırır

Fələstin dövlətinin sözçüsü bildirib ki, cinayətkar sionistlərin mühakimə edilməsi və cəzalandırılması üzrə dövlət səviyyəsində diplomatik qaydalar və beynəlxalq hüquq normaları əsasında lazımi işlər görülməkdədir.

İordaniya xəbər agentliyinin verdiyi məlumata görə, Əyhab Bəsisu bir bəyanat yayaraq, sionist qəsəbə sakinlərinin, bir fələstinli ailəsinin diri-diri yandırılması üzrə cinayətini tənqid edərək, deyib: İsrailin varlığı Fələstin xalqına qarşı törədilən hər bir cinayətin yeganə səbəbidir. Və bu cinayətlərin durdurulmasının yeganə yolu, sionistlərin işğalçılığına son qoymaqdır.
Bəsisu əlavə edib: Diri-diri yandırılaraq şəhid edilən südəmər körpə Əli Dəvabişin atası Səəd Dəvabişənin şəhid olması, bir qrup terrorçu sionist qəsəbə sakini tərəfindən bu fələstinli ailəsinə qarşı törədilən cinayətin nə dərəcədə qorxunc və dəhşətli olmasının nişanəsidir.