İraq prezidenti ABŞ-ın bu ölkəni parçalamaq niyyətini üsyan etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196734-İraq_prezidenti_abŞ_ın_bu_ölkəni_parçalamaq_niyyətini_üsyan_etdi
İraq prezidenti ABŞ ordusu Baş Qərargah rəisinin İraqın parçalanması ilə bağlı sözlərinə reaksiya olaraq, deyib: İraqın parçalanması qeyri-mümkündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2015 15:40 Asia/Baku
  • İraq prezidenti ABŞ-ın bu ölkəni parçalamaq niyyətini üsyan etdi
    İraq prezidenti ABŞ-ın bu ölkəni parçalamaq niyyətini üsyan etdi

İraq prezidenti ABŞ ordusu Baş Qərargah rəisinin İraqın parçalanması ilə bağlı sözlərinə reaksiya olaraq, deyib: İraqın parçalanması qeyri-mümkündür.

Fuad Məsum Ərəbistanda çıxan Şərql-Əvsət qəzeti ilə müsahibədə ABŞ ordusu Baş Qərargah rəisi Reymond Odiernonun İraqı parçalamaq barədəki sözlərinə reaksiya olaraq, İraqın parçalanmasını qeyri-mümkün adlandırıb və deyib: İraqın 3 müstəqil şiə, kürd və sünni dövlətinə parçalanması nəzəriyyəsi qeyri-mümkündür.
İraqın baş naziri Heydər əl-İbadi də Odiernonun sözlərini məsuliyyətsizlik adlandırıb və deyib: Bu sözlər onun İraq reallıqlarından xəbərsiz olması mənasındadır. General Odierno bir müddət öncə iddia edib ki, İraqda şiə və sünni arasında barışığın olması hər gün getdikcə daha da çətinləşir və İraq sonda parçalanacaq.
Amerikalı generalın İraq böhranına son qoymağın yeganə yolunun İraqı parçalamaq olduğunu dediyi bir vaxtda, ekspertlər və hətta, bəzi ABŞ rəsmiləri bildirirlər ki, ABŞ-ın 2003-cü ildə İraqa olan hərbi müdaxiləsi bu ölkəni böhrana sürükləyən və hazırkı duruma düşürən başlıca səbəbdir.