İşğal edilmiş Fələstində sionistlər əleyhinə aksiya
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196789-İşğal_edilmiş_fələstində_sionistlər_əleyhinə_aksiya
İşğal altında olan Fələstinin müxtəlif məntəqələrinin fələstinli sakinləri, İsrail zindanlarında saxlanılan fələstinli əsirləri himayə məqsədiylə aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2015 04:13 Asia/Baku
  • İşğal edilmiş Fələstində sionistlər əleyhinə aksiya
    İşğal edilmiş Fələstində sionistlər əleyhinə aksiya

İşğal altında olan Fələstinin müxtəlif məntəqələrinin fələstinli sakinləri, İsrail zindanlarında saxlanılan fələstinli əsirləri himayə məqsədiylə aksiya keçiriblər.

Frans Press-in məlumatına görə, işğal altında olan fələstinin müxtəlif məntəqələrində yaşayan fələstinlilər şənbə günü axşam sionistlər əleyhinə aksiya keçirərək, İsrail rejiminin əsiri olan və aclıq aksiyası nəticəsində hazırda komada olan fələstinli əsir Məhəmməd Əlanı himayə ediblər.
Aksiya iştirakçıları sionistlər əleyhinə şüarlar verərək, fələstinli əsirlərin azad edilməsini istəyiblər.
İsrail zindanlarında saxlanılan fələstinli əsir Məhəmməd Əlan təqribən 2 ay davam edən aclıq aksiyası nəticəsində hazırda, komadadır. İsrail rejimi yüzlərlə fələstinli əsiri, onları mühakimə etmədən və ya onlara qarşı hansısa ittiham irəli sürmədən uzun müddət üçün zindanda saxlayır.