İsrail hərbçiləri Qərb Sahilində bir fələstinlini şəhid ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196793-İsrail_hərbçiləri_qərb_sahilində_bir_fələstinlini_şəhid_ediblər
Sionist rejim hərbçiləri bir fələstinli gənci güllələyərək, şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2015 05:22 Asia/Baku
  • İsrail hərbçiləri Qərb Sahilində bir fələstinlini şəhid ediblər
    İsrail hərbçiləri Qərb Sahilində bir fələstinlini şəhid ediblər

Sionist rejim hərbçiləri bir fələstinli gənci güllələyərək, şəhid ediblər.

Livanın əl-Minar informasiya kanalının verdiyi məlumata görə, İsrail ordusu hərbçiləri şənbə günü Qərb Sahilində, Nablos şəhərinin ətrafında fələstinlilərə tərəf atəş açaraq, bir fələstinli gənci öldürüblər.
Sionist rejim hərbçiləri həmçinin, Qərb Sahilində bir fələstinli gənci yaralayıblar.
İsrail hərbçiləri ötən həftə də, Qərb sahilində iki fələstinlini şəhid etmişdilər.
"Əhrar" insan haqları və fələstinli əsirlər mərkəzi isə bildirib: İşğalçı İsrail rejimi ötən 6 ayda fələstinlilərə olan hücumlarında 22 nəfəri şəhid edib.
Bu məlumata görə, həmin müddət ərzində 2456 fələstinli də həbs edilib.