AKP - MHP koalisiya görüşmələri davam edir
Avq 16, 2015 10:14 Asia/Baku
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası koalisiyanın qurulması üçün Milliyyətçi Hərəkat Partiyası ilə danışıqlara gedir.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri şənbə günü partiya rəhbərliyinə, koalisiya dövlətinin qurulmaı ilə bağlı AKP ilə müzakirələrə getmək icazəsi verib.Bu məlumata görə, Dövlət Baxçalı bazar ertəsi günü bazar ertəsi günü AKP-nin sədri və hazırkı baş nazir Əhməd Davudoğlu ilə görüşüb, danışıqlar aparmalıdır.
Əhməd Davudoğlu tərəfindən MHP-nin koalisiya dövlətinin qurulması üçün danışıqlara dəvət edilməsi, koalisiya dövlətinin qurulması üçün son şans hesab olunur. Çünki, bundan öncə AKP koalisiya dövlətinin qurulması üçün Cümhuriyyət Xalq Partiyası(CHP) ilə danışıqların nəticəsiz başa çatdığını və vaxtından əvvəl seçkilərə getməyin mümkün olduğunu demişdi.