Hələ də min yezidi qadın İŞİD-in əsirliyindədir
Avq 27, 2015 08:21 Asia/Baku
-
Hələ də min yezidi qadın İŞİD-in əsirliyindədir
İraq Kürdüstanı məntəqəsinin Qadınlar Komitəsinin sədri deyib ki, təqribən min yezidi qadın hələ də İŞİD-in əsirliyindədir.
Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, İraq Kürdüstanı məntəqəsinin Qadınlar Komitəsinin sədri Bəxşan Zəngənə təqribən min yezidi qadının İŞİD-in əsirliyində olduğunu bildirərək, söyləyib: Məlum deyil ki, İŞİD onları Suriya ərazisində saxlayır, yoxsa başqa bir ölkəyə göndəribdir.Bəxşan Zəngənə bildrib ki, İŞİD terrorçuları ilə mübarizə və əsirlərin onların əllərindən azad edilməsi hamının borcudur. O, dünya ictimaiyyətindən istəyibdir ki, yezidi qadınları İŞİD-in caynağından qurtarmaq üçün addımlar atsın.
İraq Kürdüstanı məntəqəsinin Qadınlar Komitəsinin sədri Kürdüstanı məntəqəsindəki siyasi və iqtisadi böhranın bu məntəqə başçılarının yezidi qadınların məsələsinə lazımi diqqət yetirmələrinə mane olduğunu deyib.
İraqın şimalındakı Mosul şəhərindən qərbdə yerləşən Səncar şəhərinin əksər sakinlərini yezidilər təşkil edirlər. Bu şəhər 2014-cü il avqustun üçündə süqut etdi və İŞİD-in işğalı altına keçdi.
İŞİD-in Səncara yiyələnməsi ilə bu terror qrupu yezidilərə qarşı qırğın, adam oğurlama və geniş həbslər həyata keçirib. İŞİD-çilər bir çox qadını bazarlarda satışa qoyublar və bəzilərini də bu qrupun başçıları və üzvləri nigaha məcbur ediblrə.
Teqlər