OÇA hesabatında sionistlərin fələstinlilərə qarşı cinayətləri açıqlanıb
Avq 29, 2015 05:49 Asia/Baku
-
OÇA hesabatında sionistlərin fələstinlilərə qarşı cinayətləri açıqlanıb
BMT-nin Fələstində humanist işlərinin koordinasiya ofisi (OÇA) Sionist rejimin fələstinlilərə qarşı cinayətləri barədə öz hesabatını təqdim edib.
Vəfa Xəbər agentliyinin məlumatına əsasən sözü gedən ofis özünün yeni hesabatında qeyd edib: Sionist rejim hərbçiləri bu il 18-24 avqust tarixində Fələstin vətəndaşlarından 54 nəfərini o cümlədən 8 uşağı İordan çayının Qərb Sahilində güllə ilə yaralayıblar.Bu hesabata əsasən bu müddət ərzində Sionist qəsəbə sakinləri İordan çayının Qərb Sahilində fələstinlilərin zeytun axacları və əkin sahələrini dağıdıblar.
Həmçinin bu il 18-24 avqust tarixində Fələstin ərazisində günahsız Fələstin vətəndaşarından təxminən yüz nəfəri eləcə də daha 3 fələstinli Qəzzə zolağında Sionist rejim hərbçiləri tərəfindən həbs olunub.
24 avqust tarixində Sionist rejim qüvvələri fələstinli məktəblilər təhsil nemətindən məhrum olublar.
OÇA tərəfindən təqdim edilən bu hesabata əsasən Sionist rejim qüvvələri habelə Qüdsdə İordan çayının Qərb Sahilində fələstinlilərə aid 42 binanı dağıdıblar ki, bu da 54 sığınacaqsız fələstinlinin didərgin düşməsinə və daha 100 fələstinliyə ziyan vurub.
Teqlər