Sionist rejimin gizli əməliyyatı uğursuz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197217-sionist_rejimin_gizli_əməliyyatı_uğursuz_qalıb
Sionist rejim komandoslarının Cenin düşərgəsində Fələstin İslami Cihad Təşkilatı komandanlarından olan Bəssam Əlsəədini terror etmək üzrə böyük və gizli əməliyyatı uğursuz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2015 05:13 Asia/Baku
  • Sionist rejimin gizli əməliyyatı uğursuz qalıb
    Sionist rejimin gizli əməliyyatı uğursuz qalıb

Sionist rejim komandoslarının Cenin düşərgəsində Fələstin İslami Cihad Təşkilatı komandanlarından olan Bəssam Əlsəədini terror etmək üzrə böyük və gizli əməliyyatı uğursuz qalıb.

IRNA-nın məlumatına görə, sionist rejim ordusunun terror üzrə xüsusi qüvvələri İslami Cihad Təşkilatı komandanlarından olan Bəssam Əlsəədini terror etmək üçün Cenin düşərgəsinə basqın ediblər.
Qırx tank və hərbi avtomobilin dəstəyi ilə keçirilən bu əməliyyatda sionist rejim ordusunun qüvvələri İslami Cihad Təşkilatı qüvvələri ilə şiddətli toqquşmadan sonra geri oturmağa məcbur olublar.
Sionist rejimin işğalçı ordusu öz qüvvələrini qorumaq üçün mülkilərdən insan sipəri kimi istifadə edib.
Sionist medialar bu əməliyyatın uğursuz qaldığını etiraf edərək, yaralandıqdan sonra xəstəxanaya köçürülmüş terror üzrə xüsusi qüvvələrin komandan əvəzinin ölümündən xəbər veriblər.
Sionist hərbçilər də etiraf ediblər ki, Cenində İslami Cihad Təşkilatı qüvvələrinin möhkəm pusqusunda ilişib qalıblar.
Belə bir halda, Fələstin İslami Cihad Təşkilatının sözçüsü Şeyx Mahmud Əlsəədi Cenin düşərgəsində bildirib ki, Bəssam Əlsəədi tamamilə salamatdır və sionistlər onu həbs və ya terror etməyə müvəffəq olmayıblar.
Qüds batalyonları da qısa bir bəyanatda bildiriblər ki, xalqın övladlarını düşmən zindanında tək buraxmayacaq və bundan artıq susmayacaqlar.
Bəyanatda deyilir: Düşmən bilsin ki, Bəssam Əlsəədi şəhid olarsa, sionist rejimlə atəşkəs birdəfəlik pozulacaqdır.