Bu dəfə sionist qadınlar Məsciduləqsaya hörmətsizlik ediblər
Sen 02, 2015 11:17 Asia/Baku
-
Bu dəfə sionist qadınlar Məsciduləqsaya hörmətsizlik ediblər
Sionist qəsəbə sakinlərinin Məsciduləqsaya qarşı hörmətsizliklərinin davamında bu dəfə bu müqəddəs məkan sionist qadınların hücumuna məruz qalıb.
Əlqudsulərəbi qəzetinin məlumatına görə, bir sionist portal çərşənbə günü bir sıra təsvirlər yayıbdır ki, onlarda sionist qəsəbələrin sakinləri olan bir qrup qız və qadın bayağı geyimlərdə işğal olunmuş Qüdsün qədim hissəsinin divarı yaxınlığında görünür.Bu məlumata görə, sionist rejim sionistlərin ardıcıl surətdə Məsciduləqsaya basqın etmələri ilə kifayətlənməyərək, bu dəfə bayağı geyimdə bə hətta örtüksüz olan sionist qadınlara bu müqəddəs məkana daxil olmaq icazəsi verir.
Belə bir halda işğalçı sionist qüvvələr çərşənbə axşamı günü də yeddinci gün dalbadal fələstinli qadınların Məsciduləqsaya daxil olmalarına mane olublar və bu məsələ fələstinlilərin hiddətinə səbəb olub.
Teqlər