Türkiyə İraqda oğurlanmış 18 türkiyəlinin azad edilməsinə çalışır
Sen 02, 2015 13:04 Asia/Baku
-
Türkiyə İraqda oğurlanmış 18 türkiyəlinin azad edilməsinə çalışır
Türkiyə İraqda oğurlanmış 18 türkiyəlinin azad edilməsi üçün müzakirə aparır.
Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyə dövlətinin sözçüsü bu ölkənin on səkkiz vətəndaşının Bağdadda oğurlanmasını təsdiqləyib və deyib ki, İraqda oğurlanmış 18 türkiyəlinin azad edilməsi üçün müzakirələr gedir.Neman Kurtulmuş Ankarada əlavə edib: Türkiyənin 18 vətəndaşı çərşənbə günü səhər Bağdadda oğurlanıb və onların taleyi haqda məlumat yayılmayıb.
Bundan qabaq da İraqın təhlükəsizlik qaynaqları bildirmişdilər ki, avtomobilə minmiş bir qrup yaraqlı şəxs 17 Türkiyə vətəndaşı daxil olmaqla 20 nəfəri Bağdadın şərqində oğurlayıb.
Bu şəxslər Bağdadın şimalındakı Sədr qəsəbəsində stadion tikməklə məşğul imişlər.
Hələ ki, heç bir qrup bu adamoğurluğunun məsuliyyətini üzərinə götürməyib.
Teqlər