Türkiyə İraqın su payının Fərat çayına daxil olmasını əngəlləyir
Sen 04, 2015 15:18 Asia/Baku
-
Türkiyə İraqın su payının Fərat çayına daxil olmasını əngəlləyir
İraqın müxtəlif vilayətləri Türkiyənin suyun Fərat çayına tökülməsinin qarşısını alması üzündən su çatışmazlığı ilə üzləşibdir.
Al-Farat Nyus xəbər agentliyi cümə günü İraq parlamentinin xidmətlər komissiyasının sədri Nazim Əlsaidiyə istinadla bildirib: Türkiyə İraqın su payının bir hissəsini kəsərək, Bağdadda və İraqın digər vilayətlərində su çatışmazlığının yaranmasına səbəb olub.Əlsaidi deyib: Türkiyə sahilyanı ölkələrin razılaşmasına sadiq deyil və İraq vilayətlərinin su çatışmazlığında məsuliyyət daşıyır.
İraq parlamentinin su ehtiyatları və kənd təsərrüfatı komissiyasının üzvü Fərat Əltəmimi də son zamanlar bildirib ki, Türkiyə İraqla bu ölkənin su payı haqdakı razılaşmaya vəfadar deyil.
İraq parlamentinin su ehtiyatları və kənd təsərrüfatı komissiyası da bildiribdir ki, İraqın cənub vilayətlərinin su problemi Fərat çayına buraxılmalı olan İraqın su payının 59 faizinin kəsilməsindən irəli gəlir.
Teqlər