Sionistlər fələstinliləri həbs ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197430-sionistlər_fələstinliləri_həbs_ediblər
Sionist rejim hərbçiləri İordan çayının müxtəlif şəhərlərində 16 fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2015 16:04 Asia/Baku
  • Sionistlər fələstinliləri həbs ediblər
    Sionistlər fələstinliləri həbs ediblər

Sionist rejim hərbçiləri İordan çayının müxtəlif şəhərlərində 16 fələstinlini həbs ediblər.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadlı məlumatına görə, sionist hərbçilər bazar ertəsi günü fələstinli mübariz qruplarla əməkdaşlıq bəhanəsi ilə 16 fələstinlini həbs ediblər.


Bu arada təhlükəsizlik dairələri bildiriblər ki, sionist hərbçilər Təqəvvu və Cenin şəhərlərində fələstinlilərin mənzillərinə hücum edib və onların mənzillərində axtarış apararaq bəzi şəxsləri dindirilməyə çağırıblar.


Digər bir məlumata görə, sionist qəsəbə sakinləri son aylarda dəfələrlə təkrarlanan hörmətsizlik xarakterli bir hərəkətdə əl-Əqsa məscidinin həyətlərinə daxil olub və islama zidd şüarlar veriblər.